İbrahimoviç 2 oyunluq cəzalandırıldı
18.05.2019 , 18:17

“Los Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç cəzalandırılıb.
MLS liqasının son turunda “Nyu York Siti” ilə matçda isveçli futbolçu rəqib qapıçısı ilə insident yaşayıb.
İbarhimoviç komandası 0:2 uduzduğu oyunun sonuna yaxın vaxtı uzatmağa çalışan rəqib qolkiper Şon Consonla mübahisə edib. Qapıçı onu itələyib. İbrahimoviç isə rəqibinin boğazından yapışıb.
Qeyd edək ki, 37 yaşlı forvard bu mövsüm MLS-də 10 oyuna 9 qol vurub.
