İbrahima Konate “Liverpul”la müqaviləsini uzatmaq üçün təklif alıb
17.11.2025 , 16:30
“Liverpul” klubu müdafiəçisi İbrahima Konateyə 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmaq üçün son təklifini təqdim edib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi maliyyə şərtlərinin səxavətli olduğuna inanır və yaxın həftələrdə 26 yaşlı fransalı futbolçudan cavab gözləyir.
Əgər Konate təklifi qəbul edərsə, o, “Liverpul”un ən çox maaş alan futbolçularından birinə çevriləcək. Hazırda Fransa millisinin üzvü olan Konate hələlik klubda qalmaq və ya azad agent kimi “Real”a keçmək barədə qərar verməyib.