“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib.
Korner.az-ın futbolinfo.az-a istinadən verdiyi məlumata görə, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Siz də gördünüz ki, penalti olmayan bir epizodda penalti verilincə, oyunçularımız psixoloji olaraq çökdü. Amma onlar buna rəğmən, yaxşı oynadılar. Birinci penalti olmasaydı, hesab belə böyük olmazdı. Hesab edirəm ki, “Xəzər Lənkəran”ın bu penaltiyə ehtiyacı yoxdu”.
