“Oyundan, mübarizədən dolayı futbolçularımı təbrik etdim”.
Korner.az-ın məlumatına əsasən bu sözləri “Bakı” klubun baş məşqçisi İbrahim Uzunca bu gün keçirilən “Bakı” – “Qarabağ” oyunundan sonra deyib.
Həftələrdir hakimlik haqda danışmamışam. Amma “Qarabağ”ın hakim dəstəyinə ehtiyacı yoxdur. Üçüncü qolda oyunçumuza qarşı kobudluq olsa da, hakim nəzərı almadı ve epizodun davamında qol oldu. “Bakı” gənc futbolçulardan ibarət komandadı, bu uşaqları belə səhvlərlə sındırmasınlar. Hesab 2:2 ikən o qərar verilməsə, nəticə başqa cür də ola bilərdi.
