“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 1/4 finalında “Qarabağ”a uduzduqları ilk oyunu (0:3) şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, o, birinci hissədə bir qədər həyəcanlı görsəndiklərini deyib:
“Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq”.
İ.Uzunca “Qarabağ”ın güclü komanda olduğunu bildirib:
“Qarabağ” Azərbaycanın qürurudur. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əllərindən gələni etdilər”
