Topaz Premyer Liqasının XI turunun açılış oyununda “Qəbələ” “Bakı” ilə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb:
“Bu gün komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”.
