TPL VII turunda “Araz Naxçıvan”ı qəbul edən “Bakı” mövsümdə ilk qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, autsayderlərin qarşılaşmasında paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Oyundan sonra fikrlərini bildirən meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca bunları deyib:
“1 həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”
