Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Bakı” “Qarabağ”ı qəbul etdi. Oyun “Qarabağ”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca bunları deyib:
“Akademiyanın futbolçularına şans verdik. İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə “Qarabağ”ın gücünü hiss etdik. Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”
