“Futbolçularım əllərindən gələni etdilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri “BAkı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Bakı”-“Xəzər-Lənkəran” matçından sonra deyib.
“Bu uşaqlar Azərbaycan futbolunun gələcəyidirlər. İkinci hissədə hem bizim, həm də rəqibin qol epizodu oldu. Heyətden gedən futbolçularımız rəhbərliyin razılığı ilə başqa kluba keçiblər. Heç kim burdan icazəsiz getməz, hamısı xarakterli insanlardır. Onların yerinə kimlerinsə alınıb-alınmayacağını indidən deyə bilmərəm. Klubun maddi durumunu bilirsiz. Ümid edirik ki, vəziyyət düzələcək və komandadakı əskikləri düzəldəcəyik”.
