"Bakı" klubunun milli komandaların oyunları ilə əlaqədər Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçi İbrahim Uzunca təlim-məşq toplanışı ilə bağlı klub saytına fikirlərini açıqlayıb:
“Bilirsiniz ki, Premyer Liqada fasilədi. Bu, hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.
