Topaz Premyer Liqasının XIV turu “Bakı” üçün uğursuz alındı. Belə ki, komanda öz stadionunda “İnter”ə 0-1 hesabı ilə uduzdu.
Korner.az-ın məlumatına əsasən, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca oyundan sonra fikirlərini bölüşüb:
“Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu. Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər”.
