Topaz Premyer Liqasının XX turunda “Qarabağ”ın qonağı olan “Bakı” 1-4 hesabı ilə məğlub oldu.
Korner.az-ın məlumatına görə, qonaqların baş məşqçisi İbrahim Uzunca oyundan sonra:
“Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. “Qarabağı” təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdir. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk”, – fikirlərini səsləndirib
