Dünya Futbolu

İbrahim Şehiç “Sampdoriya”nın hədəfində

03.07.2018 , 09:57

“Qarabağ”dan ayrılan İbrahim Şehiçlə maraqlanan daha bir klubun adı müəyyənləşib.

Bosniya və Herseqovina yığmasının üzvü ilə İtaliyanın “Sampdoriya” klubu da maraqlanmağa başlayıb. 29 yaşlı əlcək sahibi ilə yanaşı, “Atalanta”dan Marko Sportiello, Zaqreb “Dinamo”sundan Adrian Şemper və “Sevilya”dan David Soria da “Samporiya”nın transfer hədəfindədir. Emiliano Vivianonun “Sportinq”ə transfer olmasından sonra Genuya təmsilçisi çərçivədə rəqabəti artırmaq üçün bir neçə varianta baxmalı olacaq.

Qeyd edək ki, Şehiçin adı İtaliyanın “Parma”, Türkiyənin “Trabzonspor”, “Çaykur Rizəspor” və “Ərzurumspor” klubları ilə də hallanırdı.

Son yazılar

Yuxarı