İbrahim Şehiç “Qarabağ”ın düşərgəsində
26.06.2018 , 14:44

Mövsüm başa çatan kimi “Qarabağ”dan ayrılan İbrahim Şehiçin yeni klubu rəsmi olaraq müəyyənləşməyib.
Türkiyənin “Ərzurumspor” və “Çaykur Rizəspor” klubları ilə danışıqlar aparan qapıçının keçidi rəsmiləşməyib. Bosniya və Herseqovina millisinin üzvü hazırda Avstriyadadır. 29 yaşlı qapıçı bu ölkədə təlim-məşq toplanışı keçən “Qarabağ”ın düşərgəsinə baş çəkib. O, komandanın üzvləri ilə görüşüb.
