“Qarabağ”ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisində növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, yığmada nadir hallarda şans qazanan qapıçı Lüksemburqla yoxlama oyununda iştirak edib.
O, səfər qarşılaşmasının ikinci yarısında forma geyinib. Fasilədə Asmir Beqoviçi əvəzləyən İbrahim hesabına “quru” oyun əlavə edib. Bosniya və Herseqovina millisi 3:0 hesabı ilə qalib gəldiyi matçdakı bütün qolları ikinci yarıda, Şehiç meydana daxil olandan sonra vurub.
