“Qarabağ”ın futbolçusu İbrahim Sehiç növbəti dəfə Bosniya və Hersoqovina millisinə çağırılıb.
Korner.az-ın məlumatına görə, bu xəbər “Qarabağ”ın rəsmi “İnstagram” səhifəsində yer alıb.
O, DÇ-2018-in seçmə mərhələsində Belçika ilə oyun üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, Belçika – Bosniya və Hersoqovina görüşü oktyabrın 7-i keçiriləcək.
