“Qarabağ”ın Bosniya millisinin sabiq qapıçısı İbrahim Şehiçlə müqavilə imzaladığını əvvəlki xəbərlərimizdə bildirmişdik.
Korner.az-ın məlumatına görə, 25 yaşlı qapıçı ilkin təəssüratlarını klubun rəsmi saytına bildirib.
Şehiç müsahibəsində bunları səsləndirib: “Ötən mövsüm “Mersi İdman Yurdu” Super Liqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə “Qarabağ” etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəm. Ən böyük hədəfim isə “Qarabağ”da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir”.