“Komandamızın azarkeşlərinə təşəkkür etmək istəyirəm. Onlar Bakıdan Ağdama bizi dəstəkləməyə gəlmişdilər”. Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu İbrahim Karqbo deyib.
Syerra-leoneli legioner Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab oyunu haqda fikirlərini klubun saytına açıqlayıb: “Onlar bizə inanıb, bu səfər matçımıza gəlmişdilər. Biz də onların bu inamını doğruldaraq qalib gəlməyi bacarqdıq”.
Qeyd edək ki, “Bakı” səfər matçında 1:0 hesabı ilə qalib gələrək, penaltilər seriyasındakı qələbə (5:4) sayəsində mərhələ keçdi.
