İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mail” məlumat yayıb.
İbrahimoviç İngiltərə təmsilçisinə transfer oluna biləcəyini istisna etməyib:
“Hansı kluba keçəcəyimlə bağlı dəqiq açıqlama verə bilmərəm. İngiltərə klublarından təkliflər aldığımı deyirlər. “Mançester Yunayted”? Baxaq görək, hadisələr necə cərəyan edir. Hər şey ola bilər”.
