İanis Haqidən transfer iddialarına cavab
09.05.2023 , 21:23

“Reyncers”in formasını gryinən İanis Haqi açıqlama verib.
Korner.az verir ki, futbolçu onunla bağlı yayılan transfer iddialarına belə münasibət bildirib:
“Kənardan gələn xəbərlərə nəzarət edə bilmirəm. Nəzarət edə biləcəyim tək şey öz işimdir. Bu klubu və azarkeşləri sevirəm. “Reyncers”lə müqaviləmi uzatdım və gələcəyimi buraya həsr etdim. Bu barədə başqa nə deyə bilərəm? Bununla bağlı mövsümün sonunda danışmaq olar”, – deyə o bildirib.
