2013-cü ilin yekunlarına əsasən İdman Araşdrımalar Mərkəzinin (İAM) idman jurnalistləri arasında keçirdiyi sorğunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, “İlin qalibləri” layihəsi çərçivəsində baş tutan tədbirə idman ictimiayyətinin aparıcı nümayəndələri və çoxsaylı KİV əməkdaşı qatılıb.
KİV əməkdaşlarının seçimi əsasında ilin ən yaxşıları seçilib. “Qarabağ”ın 2 üzvü ilin ən yaxşıları arasında olublar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi, komandanın forvardı Reynaldo Silva isə ən yaxşı legioner seçilib.
