I Diviziondakı görüş təxirə salındı
17.04.2019 , 17:07

Futbol üzrə Azərbaycan I Divizionun XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Zaqatala” – “Qarabağ-2” oyunu təxirə salınıb.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, buna səbəb güclü yağışın yağması olub. Görüşün tarixi barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.
Qeyd edək ki, XXII turdan sonra “Zaqatala” 3-cü, “Qarabağ-2” isə 5-ci pillədə qərarlaşıb.
