İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir.
Korner.az qərarları təqdim edir:
Topaz Premyer Liqasının X turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının X turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının X turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Matçın 79-cu dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu İdan Vaytsman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin X turunun “Bakı” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun “Energetik” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun “Lokomotiv” – “Şəmkir” oyununun 60-cı dəqiqəsində “Şəmkir” klubunun 31 №-li futbolçusu Asif Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Matçın 62-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 4 №-li futbolçusu Tural Adıgözəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun VI turunun “Kəpəz” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun “Bakılı” – “Qaradağ Lökbatan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman ehtiyat hakimin əyləşdiyi yerin şuşəsini və soyunub-geyinmə otağının qapısını sındırdığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Dəymiş ziyana əsasən “Qaradağ Lökbatan” klubu stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etsin.