I Divizionda mövsüm başa çatdı
23.05.2023 , 18:14

Azərbaycan I Divizionda 2022-2023 mövsümü yekunlaşıb.
Korner.az xəbər verir ki, son turun bütün oyunları eyni gündə və eyni saatda keçirilib. Çempionluğunu bir neçə tur əvvəl elan edən “Araz Naxçıvan” doğma meydanda Zaqatalanı məğlub edib. “Mingəçevir” “Səbail-2” ilə sülh bağlayıb. “İmişli” isə səfərdə “Turan Tovuz-2″yə uduzub. Nəticələrlə tanış olun:
“Mingəçevir” – “Səbail-2” 1:1
Qollar: E.Əlizadə, 83 (p) – X.Bədirov, 18
MOİK – “Neftçi-2” 2:4
Qollar: T.Axverdiyev, 30, İ.Allahverdiyev, 62 – E.Tağıyev, 7,13 (p), S.Əliyev, 39, A.Abəzərov, 73
“Araz Naxçıvan” – “Zaqatala” 2:0
Qollar: O.Əliyev, 76, 80
“Qəbələ-2” – “Qarabağ-2” 0:0
“Turan Tovuz-2” – “İmişli” 3:0
Qollar: S.Şəfiyev, 45, 73 (p), O.Henri, 48
“Sumqayıt-2” – “Kəpəz-2” 3:2
Qollar: U.Cahangirov, 71, M.Ələkbərov, 80, X.Mahmudov, 82 – N.Musayev, 70 (p), S.Əliyev, 89
“Zirə-2” – “Şamaxı-2” 2:2
Qollar: M.Ağayev, 58, X.Sadıxov, 66 (p) – Q.Səfərov, 43 (p), A.Əlizadə, 45
