I Divizionda ilk tura start verildi
22.08.2019 , 20:02

Azərbaycan I Divizionunda 2019/2020 mövsümünə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
Son çempion MOİK Gəncədə “Kəpəz”lə bərabərə qalıb – 2:2. “Sumqayıt-2” “Qaradağ Lökbtan”a 2:0 hesabı ilə qalib gəlib.
22 avqust
I Divizion, I tur
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” – 0:2
Qollar: Baxşəli Baxşəliyev, 73, Elnur Cəfərov, 85
“Neftçi-2” – “Keşlə-2” – 1:1
Qollar: Elnur Suleymanov, 77 – Elmir Rəhimzadə, 72 (pen.)
Qırmızı vərəqələr: Nihad Qurbanlı, 70 – Murad Qayalı, 49
“Kəpəz” – MOİK – 2:2
Qollar: Novruz Məmmədov, 15, 72 – Orxan Həsənov, 5, Tural Qürbətov, 70
