Futbol üzrə Azərbaycan 1-ci divizionunda yeni mövsümə start verilib.
Korner.az-In məlumatına görə, ilk turun açılış oyununda “Şəmkir” doğma meydanda “Turan-T” ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Şəmkir” mövsümə qələbə ilə başlayıb.
1-ci divizion
1-ci tur
5 sentyabr
Şəmkir – Turan-T – 3:1
Qollar: Emin Pənahov, 68, Ravil Müslümov, 80, Qeyrət Qənbərov, 90+3 – Eltay Tağıyev, 83.
