Ölkə futbolu

I Divizion: yeni mövsümə start verildi

15.09.2021 , 00:36

I Divizionda 2021/22 mövsümünə start verilib.

Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Kəpəz” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. Ötən mövsümün qalibi olan “Neftçi”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə ev oyununda məğlubiyyətlə üzləşib.

“Keşlə”nin əvəzediciləri isə “Zaqatala” ilə matçda darmadağına sevinib.

I Divizion
I tur

“Kəpəz” – “Qəbələ-2” – 0:0

“Neftçi-2” – “Sabah-2” – 1:2
Qollar:
Famil Camalov, 71 – Ceyhun Nuriyev, 45+1. Kamran Quliyev, 90+6 (pen.)

“Keşlə-2” – “Zaqatala” –  5:1
Qollar:
Anatole Abanq, 17; 35; 61. Fərid Nadirov, 38. Vüsal Qənbərov, 90+2 – Xəlil Bəşirov, 9.

Son yazılar

Yuxarı