I Divizion: yeni mövsümə bu tarixdə start veriləcək
23.07.2021 , 16:47

I Divizionda 2021/2022-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumay yayıb.
Sentyabrın 13-də start götürəcək çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.
Yeni mövsümdə I Divizionda “Neftçi-2”, “Zaqatala”, “Turan Tovuz”, “Sabah-2”, “Qarabağ-2”, “Keşlə-2”, “Kəpəz”, “Qaradağ Lökbatan”, “Sumqayıt-2”, MOİK, “Zirə-2”, “Səbail-2” və “Qəbələ-2” mübarizə aparacaq.
