I divizionda XVII turun iki oyunu təxirə salınıb.
Korner.az-ın məlumatına görə, buna səbəb çimərlik yığmamızın təlim-məşq toplanışı olub.
Belə ki, “Bakılı” və “Şuşa” klubları PFL-ə müraciət edərək çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində bir neçə futbolçusunun təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər edəcəyini və bu səbəbdən də XVII turun görüşlərinin başqa vaxta keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri, həmçinin, əsasnamənin 3.15 bəndini nəzərə alaraq “Şəmkir” – “Bakılı” matçı fevralın 14-dən, “Qaradağ” – “Şuşa” oyunu tsə fevral 15-dən ehtiyat gün olan martın 26-na keçirilib.
“Göyəzən” – “Lokomotiv” oyunu isə fevral 15-dən 14-nə təyin olunub. Buna səbəb Qazax şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidi.
