Azərbaycan I Divizionunda 11-ci tura start verilib.
Lider “Qaradağ Lökbatan” səfərdə “Sabah”la qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qələbə sayəsində “Qaradağ Lökbatan” xallarının sayını 29-a yüksəldib və turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirib.
“Sabah” 0 – 2 “Qaradağ Lökbatan”
Qollar: Əliqulu Manafov, 6, Coşqun Süleymanov 63
