Futbol

I Divizion klublarının cəzaları açıqlandı

21.02.2018 , 11:18

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda I Divizionun 14-cü, əvəzedicilərin yarışının isə 16-cı turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

I Divizionun “Turan Tovuz” – MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində qonaqların futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Klub futbolçusunun qayda pozuntusuna görə 20 manat cərimə ödəməli olacaq.

Əvəzedici heyətlərin “Kəpəz” – “Keşlə” matçında qonaqların futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Son yazılar

Yuxarı