AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, İK I divizionun son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
XXI turun “Turan-Tovuz” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 6futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Bundan başqa, oyunun 79-cu dəqiqəsində “Turan-Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
“Energetik” – “Rəvan” matçının 5-ci dəqiqəsində “Energetik” klubunun 1 №-li futbolçusu Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
“Şahdağ” – “Göyəzən” matçının 76-cı dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
