Azərbaycan birinci divizionunda 13-cü turun sabah keçiriləcək oyunu üçün hakim təyinatları müəyyənləşib.
“Sabah” – “Şüvəlan” matçını Ramil Əhmədov idarə edəcək. Ona Elşən Acalov və Samir Ələsov köməklik edəcək. Dördüncü hakim funksiyasını Qorxmaz Eldarov yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah” – “Şüvəlan” görüşü sabah saat 14:00-da başlayacaq.
