Hüseynovun komandası səfərdə heç-heçəyə razılaşdı
02.12.2024 , 11:00
Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Krumovqrad”la heç-heçə edib – 1:1.
Cəlal bu matçın iştirakçısı olmayıb. O, ehtiyatda qalıb.
“Arda” hazırda turnir cədvəlində 31 xalla 6-cı sırada yer alıb.