Hüseynovun komandası növbəti mərhələdə
17.12.2024 , 12:57
Bolqarıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Krumovqrad”la qarşılaşıb.
Matç Cəlalın komandasının qələbəsi ilə başa çatıb – 2:0.
Milli üzvü bu matçda iştirak etməyib.
O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.