Cavid Hüseynovun Korner.az saytına müsahibəsi
-"İnter"lə oyun haqqında nə deyə bilərsən?
Oyunun çox çətin keçəcəyini bilirdik. "İnter" komandası elə-belə komandalardan deyil. Mən inanırdım ki,qələbə qazanacayıq. Amma belə olmadı. Kubok iki mərhələdən ibarətdir. Çalışacayıq ki,gələn oyunda qələbə qazanaq.
-"Bakı" üçün bu yaxşı nəticədir?
Məncə bu yaxşı nəticə deyil. Çünki biz öz meydanımızda oyanyırdıq. Hesab açılmasaydı bundan daha yaxşı olardı.
-Birinci hissədə hücumlarda çox olurdun.İkinci hissədə isə hücumlara gec qoşulurdun.Bu yorğunluğuna görə idi?
Yox,bu yorğunluq deyil.Biz həmişə oyuna arxadan başlayırıq. Bunun yorğunluqla əlaqəsi yoxdur.Bu bir taktika idi.
-Qol vurulandan sonra belə komandanız hücuma çox çıxmırdı.Bu nə ilə əlaqədər idi?
Bu bir taktika idi. Yəni məşqçimiz belə demişdi. Mən də istəyirəm ki, hücum futbolu oynayaq.
Adil Mirzəzadə