“Simurq” heyətini daha bir gənc futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi Məhərrəm Hüseynovla iki illik müqavilə imzalayıb. Gənc yarımmüdafiəçi “Simurq”un heyətində 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hüseynovun son klubu “Kəpəz” olub. 21 yaşlı futbolçu ötən mövsüm Gəncə təmsilçisinin heyətində 26 matçda forma geyinib və 2098 dəqiqə meydanda olub.