"Bu bizim üçün gözəl sonluqdu. Hücumda daim gərginlik yaratdıq və nəticəsində qol vurduq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Şalke" klubunun futbolçusu Klas Yan Huntelar "Qalatasaray"la oyundan sonra deyib.
Hollandiyalı forvard "Qalatasaray"ın əks hücumlarda uğur axtardığını bildirib:
"Qalatasaray" əks hücumlara bel bağlamışdı. Bizə burda qol vurmaq lazım idi və bunu da etdik. İndi bizim meydanımızda "Qalatasaray" açıq futbol oynamaq məcburiyyətində qalacaq".