Hummels “Roma”ya keçir?
04.06.2024 , 20:56

“Borussiya” ilə müqaviləsi iyunun sonunda başa çatacaq Mats Hummelsin yeni ünvanı müəyyənləşib.
Korner.az xəbər verir ki, İtaliyanın köklü klubu “Roma” alman futbolçunu heyətinə qatmaq istəyir.
Klubun Hummelsə 2+1 illik müqavilə təklif edəcəyi bildirilir.
Hummels Dortmund təmsilçisi ilə ümumilikdə 508 oyun keçirib və 38 qol vurub, 23 məhsuldar ötürmə edib.
