“Borussiya”nın futbolçusu Mats Hummels yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, 25 yaşlı dünya çempionu zədəsini sağaldıb. Müdafiəçinin bu həftəsonu Almaniya bundesliqasında “Ştuttqart”la matçda iştirak edəcəyi də ehtimal olunur.
Qeyd edək ki, Almaniya millisinin futbolçusu Humels mundialdan sonra zədəsini sağaltmağa başlayıb.
