“Trabzonspor”un vitse-prezidenti Önder Bülbüloğlu millimizin futbolçusu Ramil Şeydayevlə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, radio proqramlarının birində komandanın hücum xəttindəki problemləri barədə fikir bildirərkən Ramil haqda da danışıb:
“Ramil çox gənc oyunçudur. Onu gələcək üçün transfer etmişik. Hücum xəttində problemlərdən danışarkən Ramili qeyd etmirəm. Ancaq Ndoye, Məhəmməd və Suk ümidləri doğrultmadı. Hücum xəttində problemlərimiz var. Ona görə qol vura bilmirik. Bəzi əcnəbi futbolçularla danışıqlarımız davam edir. Onların adlarını açıqlaya bilmərəm”.
