Voleybol üzrə Rusiya Super Liqasında V tura start verilib
Milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazanın “Dinamo” klubu səfərdə “Uraloçka” ilə qarşılaşıb.
Görüş Tatarıstan təmsilçisinin 3:0 (25:22, 25:15, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.
Matçı yüksək səviyyədə keçirən Məmmədova hamıdan çox 15 xal toplayaraq qarşılaşmanın əsas qəhrəmanı olub.
Qeyd edək ki, 5 oyundan sonra 12 xal toplamış “Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.
