“Hövsan” Azərbaycan çempionatından çıxarıldı
13.05.2022 , 16:13

Korner.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
“Hövsan” çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub.
Komanda oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilir.
