Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Qöteborq” klubu heyətini gücləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveç təmsilçisi “Valerenqa” klubunun gənc hücumçusunu rənglərinə bağlayıb.
Elias Mar Omarsson 1 illik icarə əsasında “Qöteborq”da forma geyəcək.
Qeyd edək ki, 21 yaşlı forvard İslandiya millisinin üzvüdür.
