Honduras yığmasının baş məşqçisi Luis Fernando Suares “DÇ-2014″də məğlub olduqları Ekvadorla oyun barədə fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə təcrübəli mütəxəssis təslim olmaq fikrində olmadıqlarını bildirib:
“Oyun çox çətin alındı. Komanda həyəcanı boğa bilmədi, bu da oyunumuza təsir etdi. Futbolçularımı günahlandıracaq bir səbəb yoxdur. Oyunumuzda tərəqqini inkişaf etdirə bilərik. Başa düşürük ki, “pley-off”a yüksəlmək çətin olacaq, lakin sonadək mübarizə aparacağıq. Təslim olmaq fikrimiz yoxdur”.
