Hondanın yeni klubu məlum oldu
08.02.2021 , 17:45

Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Hondanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
O, “Portimonense” klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər “Portimonense”də çıxış edəcək.
Honda son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib.
