Honda “Neftçi”dən getdi
16.06.2021 , 11:10

“Neftçi”nin ulduz futbolçu Keysuke Honda ilə müqaviləsinin müddəti başa çatıb.
Bu haqda klubun saytı məlumat yayıb. “Ağ-qaralar” yaponiyalıya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, bu ilin martında “Neftçi”yə transfer olunmuş Honda 7 oyunda 2 qol vurub.
