İtaliya “A Seria”sında çıxış edən “Milan” klubunun futbolçusu Honda ilə maraqlanan klubların sayı artır.
Korner.az-ın məlumatına görə, son olaraq, İngiltərənin “Uatford” klubunun maraq dairəsinə düşən yapon ulduz “Tottenhem”, “Liverpul”, “Vest Hem”, “Sauzhempton” və “Sanderlend” kimi Premyer Liqa klublarının da transfer siyahısındadır.
Yayılan xəbərlərə görə, Keisuke Hondanın Çin klubuna keçə biləcəyi də bildirilirdi.
