Hollandiyalı yarımmüdafiəçi növbəti oyunları buraxacaq
24.11.2025 , 23:30
“İnter”in yarımmüdafiəçisi Denzel Dumfris zədəsi səbəbindən ən azı dörd matçda iştirak edə bilməyəcək.
Korner.az xəbər verir ki, hollandiyalı futbolçu 9 noyabrda A Seriyasında “Latsio”ya qarşı keçirilən oyunda (2:0) topuq nahiyəsindən xəsarət alıb.
Xarici KİV yazır ki, Dumfrisin zədəsi gözləniləndən daha ciddi olub. Bu səbəbdən o, “Atletiko”, “Piza”, “Venesiya” və “Komo” ilə oyunlarda meydana çıxa bilməyəcək.
Ehtimallar nəzərə alınsa, Dumfrisin ilin sonuna qədər komandaya qoşulmaması da istisna edilmir.