Avstriyada hazırlığını davam etdirən “Xəzər Lənkəran” baxışdan keçirdiyi 2 legionerdən birini geri qaytarıb.
Korner.az-ın məlumatına görə, Hollandiyanın "Ekselsior" klubunun hücumçu Yason Oost lənkəranlılara lazım olmayıb. Yasonun səviyyəsi baş məşqçisi Yunis Hüseynovu qane etməyib.
Hollandiyalı hücumçu ilə birgə gələn yaponiyalı hücuma meylli yarımmüdafiəçi Sayto Yesuke isə baxışdan keçməkdə davam edir. 24 yaşlı legioner Latviyanın “Qulbene” klubundan gəlib. O, bu ilin ilk yarısında oynadığı bu komandada 11 oyunda 8 qol vurub.